Salatın Əsgərovanın öldürüldüyü kənd... - ŞOK FAKTLAR AÇIQLANDI
Tarix: 16-12-2020, 09:00
Baxılıb: 5 232
Google+ Paylaş
Tumblr Paylaş

Salatın Əsgərovanın öldürüldüyü kənd... - ŞOK FAKTLAR AÇIQLANDI

16-12-2020, 09:00

26-dan bəri Hadrut meşələrində erməni terrorçularının Azərbaycan hərbçiləri və mülki şəxslərə qarşı törətdiyi qətliamlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin adekvat tədbirlərindən sonra Ermənistanın rəsmi və siyasi dairələri hay-küylə sözügedən ərazilərdə məskunlaşmış ermənilərin haqlarının qorunmasından dəm vurmağa başlayıblar. Bir neçə gün sonra həmin siyahıya Şuşa rayonunun “Mets Şen” adlandırılmış Böyük Qaladərəsi və “Xin Şen” adlandırılmış Kiçik Qaladərəsi(keçm. Kirov) kəndlərindəki “haqları tapdanan” ermənilər də əlavə edildi. Hazırda Xankəndindəki separatçı xunta tör-töküntüsünün “ombudsman”ı sayılan Artak Beqlaryan mütəmadi həmin kəndlərə gedərək orada Azərbaycan ordusu tərəfindən “ermənilərin haqlarının pozulması” haqda hay qaldırır...
Halbuki, hələ XX əsrin əvvəllərindən bəri Qarabağ faciələrinin xronikası haqda məlumatlı olanlar və xüsusən Şuşa və Laçında yaşamış soydaşlarımız Qaladərəsi və Kirov kəndlərinin erməni terrorçularının klassik bazalarından olduğunu gözəl bilirlər. Rusiya sülhməramlıları da bu haqda çar Rusiyası, eləcə də 1988-1991-ci illərdəki sovet arxivlərində, o cümlədən Qarabağda hərbi xidmət keçmiş ayrı-ayrı rus zabitlərinin apardığı şəxsi xronikalarda da kifayət qədər məlumat əldə edə bilərlər. Sözügedən dövrlərdə Qaladərəsi və Kirov kəndləri vasitəsilə ermənilər Şuşa(Göytala, Turşsu və s.) və Laçın rayonlarının( Ağanus, Unannovu, Fətəlipəyə və s.) qonşu kəndlərini daim təhdid altında saxlamışlar...
Avromedia.az xəbər verir ki, Moderator.az 1991-ci ilin mayında Dağlıq Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi milis əməliyyyatının qərargah rəisi təyin olunmuş istefada olan polkovnik Əzim Piriyevin müəllifi olduğu “Yarımçıq qalmış “Ümid” əməliyyatı...” sənədli povestində də adı çəkilən kəndlərdəki ermənilərin əməlləri haqda kifayət qədər faktlar əldə edib.
1991-ci ilin ilin mayında keçirilmiş əməliyyatlar nəticəsində həbs edilmiş və rəsmən Azərbaycan SSR DİN-ə hesabatı verilmiş 112 nəfərlik erməni yaraqlısı siyahısında 6 nəfər məhz Qaladərəsi və Kirov kəndlərindən olub.
Ə.Piriyevin 16 may 1991-ci il tarixli hesabatında Qaladərəsi kənd sakini, Telman adına kolxozun sədri Edik Safaryan və Kirov kənd sakini Kirov adına kolxozun sədri Qrişa Sarkisyan yaraqlı banda başçıları, Qaladərəsi kənd sakini, kənd sovetinin sədri Suren Davidyan isə bandanın fəal üzvü kimi təqdim olunur. Hesabatda daha sonra qeyd olunur:
Qaladərəsi kəndinin sakinləri Benik və Raçik Arminakoviçlər silah hazırlanması və yayılmasıyla məşğuldurlar. Yaşadıqları mənzillərdə silah anbarları mövcuddur...
Kirov kənd sakini Qaqo Qurqenoviç, Telman adına kolxozun mühasibatçısı. Avtomat “Kalaşnikov” silahı var. Mütəmadi olaraq Şuşa rayonunun azərbaycanlılar yaşayan qonşu Göytəpə kəndini atəşə tutur...
Kirov kəndində vertolyot meydançası var. Oraya Ermənistandan yaraqlılar gəlir və silah-sursat gətirirlər. Həmin silah-sursat Qaladərəsi və Yexsaox (Salatınkənd-S.L.) kəndləri arasında paylanılır. Həmin kəndlərdə əvə ətraflarında yeraltı gizli silah anbarları var...
Bəhs edilən hesabatlarda Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisinin də məhz Qaladərəsi və Kirov kəndlərində toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində qonşu Yexsaox(Salatınkənd) kəndində qətlə yetirildiyi vurğulanır:
“Molodyoj Azerbayjana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun öldürülməsində 8 nəfər iştirak edib. Onlardan 3-ü Yerevan şəhər sakinləridir: “Kristal” zavodunun fəhlələri Sasun və Andronik, Noradmane mikrorayonunun Şirak adlı sakini. Digər iki nəfər - Kirov kəndinin sakinləri Arno Mkrtıçyan və Varuşan Nasibyan olublar.
Daha sonra iyunun 1-də bilavasitə Azərbaycan Daxili İşlər naziri Məhəmməd Əsədovun adına yazılmış hesabatdan isə bəlli olur ki, Salatın Əsgərovanın qatillərindən olan Arno Mkırtıçyanın atasının Kirov kəndindəki evindən onun Ermənistandakı terrorçu “Amaras” təşkilatının üzvü olması haqda sənəd tapılıb. Bundan əlavə, müəyyən olunub ki, həmin Arno Mkrtıçyanla bərabər Kirov kəndinə gəlmiş 7 ermənistanlı müvəqqəti olaraq həmin kəndin sakinləri kimi qeydiyyata alınıb.
Hesabatlarda Qaladərəsi və Kirov kəndlərində saysız-hedsabsız atıcı silahlar, müxtəlif kalibrli patronlar, qumbara və minalar, radistansiyalar və s. aşkar edilməsi qeyd olunur. Onu da qeyd edək ki, 1990-cı il oktyabrın 21-də Kirov kəndi ilə qonşu Ağanus kəndi ərazisində mal-qara otaran kənd sakini Təvəkkül Məhərrəmov da bilavasitə Salatın Əsgərovanın qatillərindən olan Arno Mkrtıçyan tərəfindən qətlə yetirilib.
Kitabda Ə.Piriyev qeyd edir:
“1991-ci il mayın 22-də Qaladərəsi kəndində keçirilmiş tədbirdə hadisə yerini göstərmək üçün apardığımız Qriqoryanın göstərdiyi sahəyə baxış keçirilərkən mütəxəssislər 270 metrlik yolun 11 yerdən minalandığını müəyyən etdilər. Oradaca minaların hamısı zərərsizləşdirildi. Başqa yerlərdə gizlədilmiş 76 mina isə yerində partladılmaqla məhv edilib.
Bəhs edilən kəndlər haqqında belə faktları saymaqla bitmir.
Bu cür faktlardan aydın olur ki, son 28 il ərzində Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi(keçm. Kirov) kəndlərində məskunlaşmış ermənilər də vaxtilə o məntəqələrdən Azərbaycan kəndlərini atəşə tutaraq torpaqlarımızın işğalına şərait yaradan quldurlarından özləri və ya övladları olub. Kim zəmanət verir ki, onlar bu gün və ya sabah qonşu kəndlərdəki Azərbaycan hərbçilərinə və ya mülki soydaşlarımıza hücumlar təşkil etməyəcək. Sadalananları nəzərə alaraq 1-ci Qarabağ savaşı zamanı separatçı və terrorçu oylağı olmuş bu cür kəndlərdə yaşamaqda davam etmək istəyən ermənilər ciddi yoxlama rejimindən keçməli, onların gerçəkdən sovet dövründən həmin məntəqələrdə yaşayıb-yaşamaması müəyyən edilməli, onlara ciddi nəzarət olunmalı, Rusiya sülhməramlılarıyla əlaqələrinə diqqət edilməlidır. Azərbaycan vətəndaşlığını qəbul edib yaşayanlar istisna olmaqla digər ermənilər təcili ərazidən çıxarılmalıdır...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ