7-12-2020, 08:31

Adam  param-parça olur, darmadağın  dağılır...o  qədər  ki, özünü  axtarmağa  başlayır..heç kimin  olmadığı  bir  yerə  çəkilmək, hönkürtü  ilə  ağlamaq,bağırmaq istəyir..sonra  da dünyanın  yaxasından  tutub  Allahın  cənginə  vermək  istəyir...
Bizim  üçün  ağır  olan, amma  adiləşən  həyat  səhnəsi..hələ  həyatı  çəhrayı  rəngdə  görən qızı  qaçırdır...sonra  əllərinin  xınası solmamış  o gəlini burda qoyub   dağılıb  xaraba  qalmış Rusiyaya  gedir, ya  nataşalarınmı, ya  haykanuşlarınmı araq  iyindən baş çatlayan  evi  xoş gəlir,  ilişib  qalır..burda  isə  bir  oğul  bala  doğulur..ata  üzü  görmədən  böyüyür.. və  o gəlinin  əllərinin  xınasını ağır  həyat  soldurur...  
Əgər  sağ  qalsaydı, o əsgərimiz... heç  zaman  atası  kimi  olmazdı...heç zaman  olmazdı..17 yaşlı  ana  uşağını  taleyin  ümidinə  qoyub Rusiyanın küçələrində  gündə  yüz  dəfə  onun-bunun  qabağında  əyilməzdi..
O ana  payı  karalyoka  baxa  bilmir  adam... balasının cəbhəyə  aparıldığını  eşidib...qaranəfəs əlini  atıb  bir  karalyok  götürüb...oğlu  əliboş yola düşməsin deyə...nə  başqa  bir  şeyi olmayıb verməyə,nə  də  pulu-parası..
Görəsən  gündə  neçə  dəfə  əsgər  balamız  o  karalyoka  baxıb, gündə  neçə  dəfə  anasının ətrini  alıb..görəsən  gündə  neçə  dəfə  yemək  istəyib,
amma anasının  əllərini, gözlərini xatırlayıb dayanıb..bəlkə  də  şəhid  olanda əlləri ilə  o karalyoka  toxunub...anasının  əli kimi..
bəlkə  də  əsgərimiz  şəhid  olana qədər ananın  verdiyi  kimi  qalıb karalyok... əsgərə  güllə dəyəndə  isə  bax  beləcə çat-çat olub..şəhid olub.. sahibi  kimi...(c)  
xxx
"Mənim 17 yaşım olanda qonşumuzun oğlu məni qaçırtdı. Kasıb ailədən olduğum üçün atam, anam səs-küy salmadı. Bir ildən sonra oğlum oldu. Yoldaşım bizi qoyub, Rusiyaya getdi. Mən oğlumu süpürgəçiliklə, qab yumaqla böyütdüm.
Gün gəldi, oğlum döyüşlərə yollandı. Mən isə o gün marketi süpürürdüm. Qaçaraq özümü oğlumun getdiyi avtobusa çatdırdım. Oğluma verməyə pulum yox idi deyə, cibimdəki karalyoku ona verdim. Şəhid olandan sonra oğlumun əşyalarını mənə verəndə çantasından qaralmış bir karalyok çıxdı."

Fatma Abbasqulubəyli

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ