Bu ərazilər işğaldan azad edildi - ADLAR
Tarix: 27-09-2020, 14:40
Baxılıb: 5 175
Google+ Paylaş
Tumblr Paylaş

Bu ərazilər işğaldan azad edildi - ADLAR

27-09-2020, 14:40

"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".
Avromedia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu məliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:
"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav dağı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.
Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ