Əhali kommunal xərclərdən AZAD OLSUN-KONFRANSDAN
Tarix: 15-08-2020, 09:36
Baxılıb: 2 601
Google+ Paylaş
Tumblr Paylaş

Əhali kommunal xərclərdən AZAD OLSUN-KONFRANSDAN

15-08-2020, 09:36

14 avqust 2020-ci ildə Azərbaycan Təkamül Partiyası (ATP) Mərkəzi Şurası Siyasi Bürosunun videokonfrans formatında iclası keçirilmişdir.İclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və pandemiya şəraitində partiyanın fəaliyyəti, ATP-nin yaradılmasının 25 illiyik yubileyinin qeyd edilməsinə hazırlıqla bağlı məsələlər müzakirə edilmişdir. 
İclası giriş sözü ilə açan partiyanın sədri Teyyub Qənioğlu ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət haqqında geniş məlumat vermişdir. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyysəsinə mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərin Təkamül Partiyası tərəfindən müsbət qiymətləndirildiyini nəzərə çatdıran T.Qənioğlu, eyni zamanda bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd etmişdir. Müzakirələrin gedişində pandemiyanın işsiz, işini müvəqqəti olaraq itirmiş insanlara, eləcə də, aztəminatlı ailələrə mənfi təsirini azaltmaq üçün bu kateqoriyadan olan əhali təbəqəsinin kommunal xərclərdən azad edilməsinin məqsədəuyğun olduğu qeyd edilmişdir. Müzakirələr zamanı pandemiyanın mənfi təsirlərinin azaldılması, onun yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejiminin əhali üçün, xüsusilə də, dolanışığını gündəlik məşğulluqla təmin edən insanlar üçün əlavə çətinliklər yaratdığı qeyd edilmiş, bu vəziiyətin keçici olduğuna inam ifadə edilmişdir. Bununla yanaşı, bəzi partiyaların karantin rejiminin insanlar üçün yaratdığı diskonfort şəraitindən özlərinin müəyyən məqsədləri üçün istifadə etmək, həyata keçirilən məhdudlaşdırıcı tədbirləri siyasiləşdirmək, insanları mitinqlərə dəvət etmək cəhtləri pislənmiş, indiki şəraitdə belə hərəkətlərin məqsədəuyğun olmadığı qeyd edilmişdir. Siyasi Büro üzvüləri ATP-nın pandemiya şəraitində indiyədək həyata keçirdiyi fəaliyyətin eyni istiqamətdə davam etdirilməsinin vacibliyini qeyd etmişlər.
T.Qənioğlu nəzərə çatdırmışdır ki, sentyabr ayının 01-də ATP-nin yaradılmasının 25 ili tamam olur. Partiya, onun üzvüləri üçün bu əlamətdar hadisənin vacibliyini qeyd edən T.Qənioğlu, karantin rejiminin tələbləri nəzərə alınmaqla, yubileyin geniş qeyd edilməsinin məqsədəuyğun olduğunu nəzərə çatdırmışdır. Müzakirələrin gedişində yubileyə hazırlıqla bağlı məsələlər ətrafənda fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ