Şənbə-Bazar ictimai nəqliyyat işləməyəcək
Tarix: 8-08-2020, 08:00
Baxılıb: 1 171
Google+ Paylaş
Tumblr Paylaş

Şənbə-Bazar ictimai nəqliyyat işləməyəcək

8-08-2020, 08:00

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının ərazilərində ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.
Avromedia.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, məhdudiyyət avqustun 10-u saat 06:00-dək davam edəcək. 
Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 06:00-dək davam edəcək. 
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.

Mahir HÜSEYN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ