Bu gündən çimərliklərdə sərinləşə bilərsiniz-AMMA...
Tarix: 5-08-2020, 08:00
Baxılıb: 2 533
Google+ Paylaş
Tumblr Paylaş

Bu gündən çimərliklərdə sərinləşə bilərsiniz-AMMA...

5-08-2020, 08:00

Saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsiilə tərk etmək sistemi ləğv olunur.
Avromedia.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda öz əksini tapıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir, amma müəyyən qaydalara əməl etmək şərti ilə.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.
Mahir Hüseynскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ