Məktəblərin açılması müzakirə olunub, qərar... - Qarayeva
Tarix: 31-07-2020, 16:34
Baxılıb: 4 853
Google+ Paylaş
Tumblr Paylaş

Məktəblərin açılması müzakirə olunub, qərar... - Qarayeva

31-07-2020, 16:34

Məktəblərin açılması ÜST-ün missiyası ilə müzakirə olunub.
Bunu TƏBİB-in Xəstəliklərin Kontrolu və Profilaktikası Şöbəsinin müdiri Yaqut Qarayeva ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:
"Vətəndaşlarımız və ölkəmiz üçün hansı qərar doğrudursa, qəbul olunacaq. Bu haqda ictimaiyyətə məlumat veriləcək".
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, missiya çərçivəsində aparılan görüşlərdə müşahidələr müzakirə olunub:
"Bakıdan rayonlara axın zamanı rayonlarda yoluxmaların artması müşahidə olunur. Hər belə hal Operativ Qərargahın qəbul etdiyi qərarlara təsir göstərir. Buna görə də alınan qərarlar statistikaya əsaslanır. Biz də yoluxmaların azalmasını istəyirik. Bu qərarları qəbul edən insanlar da çölə çıxmaq, təmiz hava almaq istəyirlər. Qaydalara riayət edək ki, qış fəslində normal həyata qayıdaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ