"Pələng"lər hədəfi məhv edir-NAXÇIVANDA
Tarix: 20-05-2020, 08:24
Baxılıb: 4 041
Google+ Paylaş
Tumblr Paylaş

"Pələng"lər hədəfi məhv edir-NAXÇIVANDA

20-05-2020, 08:24

Türkiyəli müəllif Can Kasapoğlunun ABŞ-ın Ceymstaun Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqaləsi Ermənistanda ciddi təşvişə səbəb olub.
Avromedia.az xəbər verir ki, C.Kasapoğlu Azərbaycanın Naxçıvandakı hərbi qüvvələrini gücləndirdiyini yazıb.
O qeyd edib ki, bu addımlardan biri Türkiyədən alınan müasir TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsidir.
“Roketsan” şirkətinin istehsalı olan “Pələng” sistemləri Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır. GPS sistemi ilə dəstəklənən “Pələng” sistemi 105 kiloqram ağırlığında döyüş başlığına malikdir, raketin maksimal uçuş məsafəsi 120 kilometrdir. “Pələng” raketi 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vura bilir.
Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri fonunda bu məqalənin yayımlanması Ermənistanın qorxularını artırıb və erməni mediasında müxtəlif versiyaların səslənməsinə səbəb olub.
“Nyus.am” saytı iddia edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı hədəfə ala bilər.
“Azərbaycan sərhədlərinə yerləşdirilən raket sistemlərinin belə bir imkanı var. “Pələng” sistemlərinin Naxçıvana yerləşdirilməsi də bu cür ehtimalları gücləndirir”, - sayt yazır.
Mahir HÜSEYN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ