İlham Əliyevdən yeni təyinatlar
Tarix: 6-05-2020, 17:03
Baxılıb: 1 908
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyevdən yeni təyinatlar

6-05-2020, 17:03

Prezident İlham Əliyev Ali Məhkəmə sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Çingiz İsgəndər oğlu Əsgərov Ali Məhkəmə sədrinin müavini təyin edilib.

Hafiz Qənbər oğlu Nəsibov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri təyin edilib.

Xəqani Səyyad oğlu Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri təyin edilib.

Kəmalə Nəbi qızı Abiyeva Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri təyin edilib.

Sənan Firudin oğlu Hacıyev Ali Məhkəmənin Mülki Kollegiyasının sədri təyin edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ