Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?
Tarix: 6-05-2020, 12:49
Baxılıb: 1 968
Google+ Paylaş
Tumblr Paylaş

Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?

6-05-2020, 12:49

Təhsil Naziri Ceyhun Bayramovun 5 may 2020-ci ildə imzaladığı qərara əsasən Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla, rayon təhsil işcilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur. Yəni yuxarıdakı şəhərlər istisna olmaqla, yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər.
Ölkə üzrə məktəblərdə dərslərin bərpa edilmədiyi bir vaxtda direktor, müəllim, texniki içilərin işə çağırılma səbəbi isə maraq doğurub.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəblərdə tədris bərpa olunmasa da, təhsil ocaqlarında kifayət qədər görülməsi vacib olan işlər var.
“Müəyyən sənədləşmə işləri var ki, onlar aparılmalıdır. Həmçinin onlayn dərslərlə bağlı xüsusilə bölgə məktəblərində problemlər yaşandı. Bölgə müəllimlərinin bir çoxunun kompüteri, internet təminatı yoxdur. Həmin müəllimlər məktəblərin bu texniki bazasından istifadə edəcək. Məktəbin interneti və kompüteri vasitəsilə virtual dərslər keçəcəklər. Bu baxımdan nazirin imzaladığı qərar təqdirə layiqdir”, - ekspert bildirib.
E.Qafarov qeyd edib ki, artıq işə cəlb olunan məktəb rəhbərləri və rayon təhsil şöbələri evdən deyil, birbaşa məktəbdən müəllimlərin, məktəb şagirdlərinin onlayn dərslərə, “Virtual məktəb”ə cəlb edilməsinə daha sistemli şəkildə nəzarət edə bilərlər:
“Texniki işçilərin işə cəlb edilməsi isə məktəblərin pandemiyadan sonra təmizlənməsi, dezinfeksiya edilməsi ilə bağlıdır. Proses ona gedir ki, karantin rejimi artıq mərhələli şəkildə ləğv olunur. Buradan belə başa düşmək olar ki, krantin rejimi yumşaldıqca məktəblərin açılması da reallaşa bilər. Təbii ki, dərslərin başlaması ilə bağlı qərarı Operativ Qərargah verəcək. Hesab edirəm ki, yeni dalğa gəlməyəcəyi halda Operativ Qərargah iyunun əvvəlində dərslərin başlaması ilə bağlı qərar da verə bilər”.
Qeyd edək ki, Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin 1 mayda yaydığı rəsmi açıqlamada tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsinin nəzərdə tutulmadığı xüsusi olaraq vurğulanıb
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ