Səhiyyə nazirimiz işləyirmi?
Tarix: 17-03-2020, 13:19
Baxılıb: 3 850
Google+ Paylaş
Tumblr Paylaş

Səhiyyə nazirimiz işləyirmi?

17-03-2020, 13:19

Karona virusunun dunyanı çənginə aldıgı bir zamanda Çin, İtaliya, Rusiya, Türkiyə mətbuatında, televiziya kanallarında həmin ölkələrin səhiyyə nazirləri və ya əməkdaşları mütəmadi olaraq əhalini məlumatlandırdığı halda Azərbaycanın Səhiyyə Nazirini görən,   tapan olsa bizə məlumat verməyinizi xahiş edirəm. 
Bəlkə bu kişinin başında iş var. Yox əgər ayıqdirsa, onda televiziya kanallarına niyə çıxıb insanları məlumatlandırmır? 
 Millət vəkili Hikmət Babaoğlunun Atv - nin "Aktual" verilisində karona virusu ilə əlaqədar əhali arasında  yalan məlumatlar yayan insanlarla  haqlı narazıligını bildirdiyini eşitdim. Həqiqətən də yalan , həyəcanlı dezinformasiyalar yayanlar insanlarda psixoloji gərginliklər yarada bilər. Bu verilişə baxarkən məni başqa məsələ düsündurdü. Fikirləsdim ki, görəsən karona virusu ilə bağlı bu " Aktual " verilişə məddah çıxışları ilə insanların gözlərini mazol etmiş siyasətçi  deputatları televiziyaya çıxarymaqdandırsa, təçrübəli bir həkimin danışmağı daha  sərfəli olmazdımı? Hər bir vəzifə sahibi öz işiylə məşğul olsa ,  xalqa xeyiri olmazmı?Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev öz vəzifəsində  görəsən yenə   də işləyirmi?Əgər işləyirsə televiziyada çıxış edərək əhalini məlumatlandıra bilməzdimi?Əgər nazir ana dilimizdə sərbəst danışa bilmirsə, eybi yoxdur , rus dilində danışsa da , qəbul sayılar.Neynək əgər indilis dilində də xalqı yola verə bilərsə, rus demişkən "niceqo" .Əgər nazir danısmaq iqtidarında deyilsə, nazir müavinləri var, şöbə müdirləri var, xəstəxanaların   söz eşitməyən , bərk gedən baş həkimləri var. Bu qədər özəl klinikaların rəhbərlərini ,  professorlarını  hələ demirəm.Əgər həkimlərimiz danışmırsa onda millət vəkilinin karona virusuyla bağlı çıxışı qəbahət sayılmaz. Çünki əgər cərrah xəstənin kəsilməli  ayağının  yerinə sağlam ayağını dibindən kəsirsə, deməli səhiyyəmiz açınacaqlı və  bərbad vəziyyətdədir.Həkimlərimizin səhf müalicəsi ucbatından dünyasını dəyişənlərin sayını  hesablasaq bu   böyük rəqəm edə bilər.Ölkə Prezidenti bu qədər müasir tipli xəstəxanalar tikdirir, xarici ölkələrdən ən müasir  tipli çihaz və avadanlıqlar  gətirilir. Özəl klinikalarda 230 manat pensiya alan  imkansız vətəndaşlar diri- diri soyulursa, bu özbaşınalıqlara kimlər  cavabdehdir?
Rauf İlyasoğlu .
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ