Müəllimlərin maaşı bu arada necə hesablanacaq?
Tarix: 11-03-2020, 08:53
Baxılıb: 2 035
Google+ Paylaş
Tumblr Paylaş

Müəllimlərin maaşı bu arada necə hesablanacaq?

11-03-2020, 08:53

İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əmək haqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub.
Avromedia.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əmək haqlarının ödənilməsi qaydasından danışarkən deyib.
"Bizim insanların əmək haqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.
Ona görə də hesab edirəm ki, əmək haqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək", - Təhsil naziri bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ