Milli Məclisdə vəzifələrini itirənlər - SİYAHI
Tarix: 10-03-2020, 18:02
Baxılıb: 2 500
Google+ Paylaş
Tumblr Paylaş

Milli Məclisdə vəzifələrini itirənlər - SİYAHI

10-03-2020, 18:02

VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub.
Avromedia.az xəbər verir ki, keçmiş Sədr Oqtay  Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək).
Eyni zamanda Ziyafət  Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsində qalacaq.
Bahar  Muradova həm sədrin müavini, həm də İnsan hüquqları komitəsinin sədri vəzifəsini itirib. Valeh  Ələsgərov da sədr müavini və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq builki siyahıda yer almayıb. Hər iki şəxs deputatlığa namizədlər siyahısında da yer almamışdı (Spikerin I müavini Əli  Hüseynli, müavinlər isə Adil  Əliyev və Fəzail İbrahimlidir)
Bundan başqa, Ziyad  Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edə bilməyəcək, yalnız deputat kimi fəaliyyətini davam edtirəcək. Bu sözlər Aqiyə  Naxçıvanlı, Ülvi  Quliyev, İsa  Həbibbəyli və Rafael Hüseynova da aiddir.
Eldar  İbrahimov da Aqrar siyasət komitəsinə sədrlik vəzifəsini itirməklə yanaşı, builki parlament seçkilərində deputatlığa namizəd kimi də iştirak etməyib. Eyni aqibəti Hadi Rəcəbli və Arif  Rəhimzadə də yaşayıb.report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ