Bakıda ana və qızı qətlə yetirilib
Tarix: 14-12-2019, 10:42
Baxılıb: 1 639
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda ana və qızı qətlə yetirilib

14-12-2019, 10:42

Bakıda ana və qızının meyiti aşkarlanıb.

Avromedia.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz "Facebook" səhifəsində məlumat yayıb.

Bildirilir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı E.Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ