Gəncədə ata döyülüb, köməyə gələn 2 oğlu bıçaqlanıb
Tarix: 21-09-2019, 08:48
Baxılıb: 1 170
Google+ Paylaş
Tumblr Paylaş

Gəncədə ata döyülüb, köməyə gələn 2 oğlu bıçaqlanıb

21-09-2019, 08:48

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm ″DOS-84″ adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ