İki cinayətkar qrup arasında münaqişə olub, 9 nəfər öldürülüb
Tarix: 31-08-2019, 08:39
Baxılıb: 2 538
Google+ Paylaş
Tumblr Paylaş

İki cinayətkar qrup arasında münaqişə olub, 9 nəfər öldürülüb

31-08-2019, 08:39

Meksikanın Miçoakan ştatının Tepalkatepek şəhərinin girişində iki cinayətkar qrup arasında baş vermiş münaqişə zamanı 9 nəfər ölüb, daha 11-i yaralanıb.
Avromedia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu regionun ictimai təhlükəsizlik naziri İsrael Patron deyib.
"Münaqişə yerində içərilərində 4 meyitin olduğu 5 avtomobil qalıb. Toqquşmada ümumilikdə 9 nəfər ölüb, daha 11 nəfər yaralanıb", - deyə o "Foro TV" telekanalına müsahibəsində bildirib.
Nazir münaqişənin iki narkokartel arasında baş verdiyini deməsə də, toqquşmanın Halisko ştatından olan cinayətkar qrupun Tepalkatepekdən keçmək istəyərkən başqa bir silahlı dəstə ilə qarşılaşması nəticəsində baş verdiyini qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ