Bakıda ağır qəza: bir ölü, iki yaralı
Tarix: 23-08-2019, 14:57
Baxılıb: 1 636

Bakıda ağır qəza: bir ölü, iki yaralı

23-08-2019, 14:57

Ötən gün Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avromedia.az-ın məlumatına görə, səhər saatlarında Bakı sakinləri olan 1977-ci il təvəllüdlü Kamran Əkbər oğlu Hüseynovun idarə etdiyi "Cherry" markalı, 90 NA 119 dövlət nömrəli avtomobillə 1951-ci il təvəllüdlü Mərdan İsfəndiyar oğlu Paşayevin idarə etdiyi "VAZ 2107" markalı, 10 KY 170 dövlət nömrəli avtomobil toqquşub.
Hadisə nəticəsində Kamran Hüseynov, avtomobildə olan oğlu 2011-ci il təvəllüdlü Əkbər Kamran oğlu Hüseynov və Mərdan Paşayev 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. 
Həkimlərin bütün səylərinə baxmayaraq M.Paşayevin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ