Tovuzda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü
Tarix: 21-08-2019, 22:52
Baxılıb: 1 038

Tovuzda oğul pensiya kartına görə atasını çəkiclə öldürdü

21-08-2019, 22:52

Tovuz rayonunun Aşağı Quşçu kəndində dəhşətli cinayət hadisəsi baş verib.
Avromedia.az-ın bölgə müxbirinin xəbərinə əsasən, oğul atasını çəkiclə qətlə yetirib.
İnsident pensiya kartı üstündə yaranıb. 
Məsimov Müzəffərin pensiya kartı oğlunda olub və o, övladından pulu və kartı istəyib. Məsimov Rasim isə 85 yaşlı atasının istəyini geri çevirib və tərəflər arasında mübahisə yaranıb. Nəticədə 50 yaşlı Rasim çəkiclə atasının başına 4 dəfə zərbə endirib. M.Məsimov aldığı zərbələrdən keçinib.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ