Dənizdə batan 4 uşaqdan sonuncusunun meyiti tapılıb
Tarix: 13-08-2019, 18:30
Baxılıb: 1 146

Dənizdə batan 4 uşaqdan sonuncusunun meyiti tapılıb

13-08-2019, 18:30

Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Zeynəb Ramin qızı Cəfərzadənin axtarışları başa çatıb.
Avromedia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ