Hacıqabulda narkotacir saxlanılıb
Tarix: 12-08-2019, 18:36
Baxılıb: 1 135

Hacıqabulda narkotacir saxlanılıb

12-08-2019, 18:36

Hacıqabulda “Sibiryak” ləqəbli narkotacir saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avromedia.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 31 bükümdə heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları da aşkar edilib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ