Salam verməyən tanışını öldürdü - 17 il həbsdə yatacaq
Tarix: 26-07-2019, 16:50
Baxılıb: 1 653
Google+ Paylaş
Tumblr Paylaş

Salam verməyən tanışını öldürdü - 17 il həbsdə yatacaq

26-07-2019, 16:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Avromedia.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərində baş verib. B.Həsənov münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Aydın Seyidovu qətlə yetirib. 
Məlumata görə, tərəflər arasında yaranan mübahisəyə Tibb kollecinin arxasında olan çayxanada A.Seyidovun B.Həsənova salam verməməsi səbəb olub. Onlar mübahisələrini çayxananın arxasında davam etdiriblər və B.Həsənov kəsici-deşici alətlə onu vuraraq öldürüb.
Şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilən B.Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.
B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ