Goranboyda güllələnən polislərlə bağlı yeni xəbər – Bir nəfər ölüb
Tarix: 13-07-2019, 09:30
Baxılıb: 1 198
Google+ Paylaş
Tumblr Paylaş

Goranboyda güllələnən polislərlə bağlı yeni xəbər – Bir nəfər ölüb

13-07-2019, 09:30

Goranboyda baş verən silahlı insident nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. 
Hadisə rayonun Goran qəsəbəsində olub.  Hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. 
Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu isə xəstəxanada dünyasını dəyişib. 
Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. 
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.APA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ