Mübahisəyə görə dostunun maşınını qaçırıb divara çırpdı
Tarix: 9-07-2019, 11:43
Baxılıb: 1 768

Mübahisəyə görə dostunun maşınını qaçırıb divara çırpdı

9-07-2019, 11:43

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyulun 8-də Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mercedes” markalı avtomobil aşkar ediblər.
Aparılmış araşdırma zamanı məlum olub ki, avtomobil rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olsa da, onu Balakən şəhər sakini Abdulla Qarayev qaçırıb.
İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N.Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ