Ailə dramı: Universitet müəllimi ərini və qızını güllələdi
Tarix: 9-09-2020, 08:32
Baxılıb: 3 237
Google+ Paylaş
Tumblr Paylaş

Ailə dramı: Universitet müəllimi ərini və qızını güllələdi

9-09-2020, 08:32

Ukraynada ailə dramı yaşanıb. Povno şəhərində Milli Universitetin müəllimi ailə üzvlərini güllələyib.
Vesti.ru xəbər verir ki, bundan sonra 44 yaşlı İrina İqnatyuk özünü öldürmək istəyib.
Məlum olub ki, qadın əvvəlcə revolverlə əri Yurini güllələyib, daha sonra yatan 13 yaşlı qızına atəş açıb.
Yaralı olan kişi atasına zəng edərək bu barədə deməyə macal tapsa da, təcili yardım gələnə qədər ölüb.
Yeniyetmə isə kürəyindən üç güllə yarası alıb. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.
İntihar etmək istəyən İrina da yaralı vəziyyətdə xəstəxanadadır. Onun həyati təhlükəsi yoxdur.
İrina həm də iqtisadi elmlər namizədi, dosentdir. Onun əri inşaat şirkətinin direktoru, biznesmen olub. Tanışları onların nümunəvi ailə olduqlarını deyirlər.
Ehtimal edilir ki, ata və qızı İrinanı aparmadan dəniz sahilinə tətilə getmək istəyiblər. Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Faktla bağlı cinayət işi başlanıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ