Venesuelanın qərbindəki Portuqesa ştatının Quanare şəhərində cəzaçəkmə müəssisələrindən birində qarışıqlıqlar nəticəsində azı on yeddi məhbus odlu silahdan açılan atəşlə öldürülüb, daha doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “El Nacional” qəzeti bildirib.
Qəzetin məlumatına görə, bir qrup məhbus Venesuela Milli Qvardiyası qüvvələri tərəfindən qorunan koloniyadan çıxmağa çalışıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına qumbara atılıb. Nəticədə onlardan azı biri xəsarət alıb. Həmçinin bildirilir ki, hadisə zamanı həbsxananın direktoru da bıçaq xəsarəti alıb.
Hazırda koloniyanın ərazisində qayda-qanun bərpa edilib.