Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb
Tarix: 21-05-2019, 08:46
Baxılıb: 187

Meksikada cinayətkarlarla atışmada 10 nəfər öldürülüb

21-05-2019, 08:46

Meksikanın Oahaka və Tamaulipas ştatlarında 10 nəfər atışmanın qurbanı olub.
Avromedia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Golfo Pacifico" agentliyi məlumat yayıb.
Oahaka ştatının prokuroru bildirib ki, naməlum silahlılar Teuantepekdə 6 nəfərə atəş açıblar. Nəticədə onların hamısı həlak olub. Ölənlərdən 4-ü qadın, 2-i kişidir.
Hücumun səbəbi hələ məlum deyil, qatillər də tapılmayıb. Prokurorluq bir neçə nəfərin ölümü faktı üzrə cinayət işi açıb.
Tamaulipas ştatının Dias-Ordas bələdiyyəsində də hərbçilər avtomobillə təqib etdikləri cinayətkarlarla atışmaya başlayıblar. Cinayətkarlar hərbçilərlə açıq döyüşə başlayıblar, lakin məğlubiyyətlə üzləşiblər.
Atışma zamanı qruplaşmanın 4 üzvü öldürülüb, həmçinin hərbçilərdən 1-i yaralanıb.  
Daha əvvəl Meksikanın Halisko ştatı ərazisində yerli hakimiyyət dairələri tərəfindən içərisində insan qalıqları olan 18 plastik kisə aşkarlanıb.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ