Bakıda polis qətlə yetirildi - DİN MƏLUMAT YAYDI
Tarix: 25-02-2020, 12:40
Baxılıb: 1 359
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda polis qətlə yetirildi - DİN MƏLUMAT YAYDI

25-02-2020, 12:40

Daxili İşlər Nazirliyi ötən gecə Bakı şəhər Nərimanov rayonunda polis əməkdaşının qardaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Avromedia.az xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.

Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov polis əməkdaşı olub. O, Nəsimi rayon polis İdarəsi, 19-cu Polis Şöbəsində çalışırmış.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ