Bakıda 24 yaşlı oğlan çay  bıçaqlandı
Tarix: 19-02-2020, 17:15
Baxılıb: 428
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 24 yaşlı oğlan çay bıçaqlandı

19-02-2020, 17:15

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. 


Avromedia.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən “Çardaq” çay evində qeydə alınıb.

İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəminində həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ