Təbriz 40 gun Bakıya yas saxladı
Tarix: 20-01-2020, 08:13
Baxılıb: 5 519
Google+ Paylaş
Tumblr Paylaş

Təbriz 40 gun Bakıya yas saxladı

20-01-2020, 08:13

Bilman İSAQ

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

 Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Əvvəl Pribaltika və Gürcüstanda bu hadisələr baş versə də böyük miqyaslı qırğın Bakıda oldu. Məhz Bakı qırğını qizil ordunun suqutu ilə nəticələndi. 

Bu faciədə Azərbaycanın birinci olaraq haqq səsini qardaş Təbriz eşitdi və 40 gün Bakıya yas saxladı ki, bu da iki qardaş şəhərin ilk dəfə birləşməsi oldu.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ