13-05-2019, 09:25

Sabir Rüstəmxanlı
Bu gün axşamüsyü Ağ şəhər bulvarına gəzməyə çıxmışdıq. 4 yaşlı nəvəm bulvarın bu başından o başına top qovmaqdan yorulmur. 
Arada atası Gündüz özü həvəsləndi və bərk zərbə ilə topu havaya qaldırdı. Top yaxındakı çinar ağacının sıx budaqları arasında görünməz oldu, yerə düşmədi. Bulvarın bu hissəsində çinarlar xaricdən gətirilib və bir neçə ildə çox sıx pöhrələnib. Yarpaqların arasında top zorla seçilir. Ağacı sikələmək cəhdi ağlasığmazdır. Başqa heç vəchlə topu düşürmək mümkün deyil. Əıimizi üzüb uzaqlaşmaq istədik. Uşaq ağlamağa başladı...Bu vaxt doğrudan da bir möcüzə baş verdi. Gözlənilmədən hardanda bir qarga uçub gəldi və yarpaqların arasında birbaşa topu dimdikləməyə başladı. Amma görünür onu budaqların arasından çıxarmağa tək gücü çarmadı. Onun qarıltısına ikinci bir qarga da uçub gəldi. İkisi bitlikdə qarıldaşa-qarıldaşa topu budaqlatın arasındam çıxartfılar. Balaca Sabirin ağlamağı kəsildi. Sevincək topa doğru qaçdı. Qarğalar sanki elə bunu gözləyirmişlər. Uçub getdilər. İnanılası deyil. Çünki gəzdiyimiz bir neçə saat ərzində bulvarda başqa bircə dənə də quş görmədik.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ