Daha bir sosial-psixoloji, MƏNƏVİ BƏLAMIZ
Tarix: 12-12-2019, 16:28
Baxılıb: 1 355
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir sosial-psixoloji, MƏNƏVİ BƏLAMIZ

12-12-2019, 16:28

Əhməd QƏŞƏMOĞLU
Xalqımızın bütün yer üzünə nümunə olan gözəl adət-ənələri var. Biz onları lazımi qədər qiymətləndirib dünyaya tanıda bilmədik. Amma təcili ləğv edilməli olan utancverici adətlərimiz də var. 
Məsələn əmiqızı- əmioğlunun, dayıqızı- bibioğlunun, xalaqızı-xalaoğlu və s. kimi qan qohumu ilə evlənmək kimi adət dərhal qanunla qadağan olunmalıdır. Mənə etiraz edənlər bir məlumat toplasınlar görək, belə nikahdan doğulan nə qədər şikəst, qəlb dağlayan uşaqlar var! Onların günahı nədir? Nədən bütün inkişaf etmiş xalqlarda belə nikah yoxdur, amma bizdə var? Bəziləri deyir ki, İslam dini buna icazə verir. Əvvəla icazə verir versin də! Bəs insan, sənin ağlına nə gələb?. Həm də dərindən düşünəndə islam dinin məntiqi ilə buna icazə verilmir!!! Bu barədə din xadimləri ilə müzakirə edə bilərəm! Çünki, islamda, şəriət qanunlarında bütün təhlükəli şeylər haram elan edilir. Xəstəlik mənbələri isə murdar. Məsələn, çörək, su, murdar deyil, pakdır. Amma onları normadan artıq yemək haramdır! Bəs qan qohumu ilə evlənmək niyə haram deyil? . Bəziləri deyir ki, göz gördü, könül sevdi! neyləmək olar?! Üzr istəyərək demək istəyirəm ki, göz böyük səhv etdi! Bəyəm həmin o inkişaf etmiş xalqların gözü, sevgisi yoxdur? Onlar niyə bacı əvəzi olan əmiqızıya, dayıqızıya vurula bilmir,!? Cünki bu bir sosial-psixoloji, mənəvi bəladır keçib bizim başımıza. Ətrafda minlərlə günahsız, məsum, şikəst körpələr böyüyür! İbrət edək!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ