Güvəndiyi yerdən ZƏRBƏ ALANLARA!
Tarix: 31-10-2019, 08:21
Baxılıb: 2 873
Google+ Paylaş
Tumblr Paylaş

Güvəndiyi yerdən ZƏRBƏ ALANLARA!

31-10-2019, 08:21

Bilman İSAQ
"Üç qəpiklik insana beş qəpiklik qiymət versən, qalan iki qəpiyə səni satar".
"Əqidə alt paltarı deyil ki, hər həftə dəyişəsən."
(Şeyx Məhəmməd Xiyabani)
Hər bir insan dünyaya göz açanda ata-ana, qohum-qardaş sevinir ki, dünyaya insan gəlib, hələ çoxumuz fikirləşirik ki, mənə kömək, arxa gəlib. Onu əzizləyərək ona "ad qoydu" mərasimi keçırərək qədəmlərini alqışlayır və təriflər deyirik, sonra bu ad doğum şəhadətnaməsinə yazılır və rəsmiləşdirilir. Əlbətdə ki, hər birimiz uşağı həmin adla çağırır, əzizləyirik.
 Amma insan boy atıb yaşlandıqca həyatımızın qəribəliklərindən baş çıxardaraq rəsmi adının yanına yaxşı bir ad qoşa bilir və bununla el-oba arasında ləyaqətlə yaşayır ki, həyatda bərkə-boşa düşdükcə daşıdığı rəsmi adla yanaşı, qeyri-rəsmi bir ad-san da qazanır. Bu ikinci adı ona qazandıran əməlləri, xarakterik, davranışı olur. Hər kəs real həyatda yaxşı ad-san qazanmaq, hörmətlə anılmaq istəsə də çoxları buna müvəffəq olmur. Hətta elə adamlar olur ki, vəzifədə olub-olmamasına, ali təhsil almasına, imkanlarının genişliyinə baxmayaraq, xalqın gözündə ucala bilmir, elin dilində səslənən bəd bir ayama ömrünün sonuna kimi üstündə qalır.
Bu yaxınlarda Sosioloq Əhməd Qəşəmoğlunun "Cəmiyyət günü-gündən mürəkkəbləşir" adlı bir məqaləsini oxudum, həmin məqalə insanların bir-birinə sədaqətli olması "Milli Birlik" amalını ortaya qoyur. Biz həqqətən də dosta, vəzifəyə, vətənə ümumiyyətlə insanlara sədaqətlə xidmət edəriksə vicdanımızı satmarıq, məncə onu qazanarıq.
Əqidəmizdən imtinanın vaxtı çətinliklər başlayanda gəlir, onlar bizim gündəlik qayğımıza çevrilir. Məhz onda bizim sədaqətlilik imtahanımız başlayır.
Fərqli düşüncə və müxaliflilik həmişə mövcud olub. Amma bu fərqli düşüncəni və müxaıifliyi satqınlıq və ya vətənə xəyanət düşüncəsi ilə həyata keçirmək demokratiya deyil  bunun ünvanı bilavasitə SATQINLIQDIR.
Bu gün də, yüz il əvvəl də bizdə eyni şeylər baş verib. 
İndi də hər birimizin vətənə sadiqliyimiz sınaq qarşısındadır, ya çarmıxa çəkilmiş Nəsimi kimi sona qədər öz etiqadımızı qoruyuraq tarix oluruq, yaxud onu qurban verib onu da, özümüzü də qiymətdən salırıq.
Gəlin problemlərə müstəqillik, ədalət və insan haqları uğrunda mübarizəmiz nöqteyi-nəzərindən baxaq.
Yekunda demək istəyirəm ki, hələlik insanların çoxları üçün ədalət-dəyanət, reallıq-saflıq nağıldır.  "Dövlətimizin bizim üçün yazdığı  hüquq"dan artıq reallıq yoxdur.
Hüquqlarımızı qorusaq reallıqlarımız bol olar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ