Görəsən bu MİLLİ insanlardan nə istəyirlər?
Tarix: 30-10-2019, 14:32
Baxılıb: 1 376
Google+ Paylaş
Tumblr Paylaş

Görəsən bu MİLLİ insanlardan nə istəyirlər?

30-10-2019, 14:32

Əflatun Amaşov

Hər insanın uşaqlığında gələcək xarakterinin formalaşmasına təsir göstərən müəyyən həyat epizodu olur. Məndə də olub. Məktəblikən möhkəm dalaşmışdım. Hadisə böyük səs-küy doğurmuşdu. Yadımdan çıxmaz, özümə bəraət qazandırmaq istəyirdim ki, rəhmətlik babam dilləndi: yoldan keçəndə çəpərdən çıxan it sənə hürsə, sən də ona hürəcəksənmi?! Təəccüblə “yox” dedim. Bəs niyə dalaşdın, deyə məni məzəmmət elədi. O gündən bir çox şeylərə münasibətim dəyişdi.

 Məni tanıyanlar bilir, hamı ilə dil tapmağı bacaran, kimisə yanlış davranışına görə itirən, silən deyiləm. Düşünürəm ki, hətta ən ipə-sapa yatmaz adamın belə həlim damarı var. Ümumən ünsiyyətdə olduğum, tanıdığım hər kəsdə müsbət tərəfləri görməyə çalışmışam. Şəxsimə ünvanlanan ən sərt tənqidlərə dözümlü yanaşmışam. Nəzərə alın ki, dostlarımın içərisində vaxtilə məni tənqid edənlər az deyil. Bəziləri yenə tənqid edir. İnanın, onların mənə xeyir verdiklərini düşünürəm.

 Aslan İsmayılov adlı biri var. Barəmdə zaman-zaman aşağı-yuxarı danışmaqla məşğuldur. Bəlkə də məni tənqid etdiyini düşünür. Ancaq niyəsə həmişə hesab etmişəm ki, bu adam ancaq danışmaqla məşğuldur.

 Bəli, adam illərdir, ölkəmizin belə demək mümkünsə, “ictimai rinq”indədir. Beləsi üçün ictimai mühit anlayışının yad olduğu qənaətindəyəm. Obrazlı desəm, dava axtarır və həmişə şillə-təpiklə üzləşərək döyülür. Düşdüyü durum yaşına-başına heç yaraşmır. Nə bilmək olar, bəlkə “döyülməkdən” həzz alır. Müqayisə aparsam, deyə bilərəm ki, “reket jurnalistika” nə qədər dövrün neqativ reallığı kimi ortaya çıxmış hadisədirsə, Aslan İsmayılovun da bizi əhatə edən ətraf aləmdəki hərşeyşünas-hüquqşünas obrazı mənim üçün eyni effekti yaradan haldır. Buna görə heç vaxt dediklərinə reaksiya verməmişəm. “İt hürər, karvan keçər” deyimi köməyimə çatıb. Bu söylədiklərim də əslində reaksiya deyil. Heç təəssüf də deyil. Nə deyim, bəlkə karvanın keçməsi üçün itə həqiqətən ehtiyac var.

Allah babama rəhmət eləsin!

 Redaksiyadan: Əflatun müəllimi tanıdığımız 10-12 il ərzində həqiqətən bu müəllimin səmimiliyi, insanlarla mehriban münasibəti, vətənpərvərliyi (dildə yox, əməldə) çoxlarına nümunədər.

 Görəsən bu MİLLİ insanlardan nə istəyirlər?

Əflatun müəllimin sosial şəbəkədə paylaşımından.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ