"İnsanov dövlət içində dövlət qurmuşdu...”
Tarix: 6-05-2019, 08:47
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

"İnsanov dövlət içində dövlət qurmuşdu...”

6-05-2019, 08:47

Eynulla Fətullayev
“...1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycana beynəlxalq təşkilatların xətti ilə daxil olan tibbi pereparatların və humanitar yardımın paylanmasının yoxlanılması üçün dövlət komissiyası yaradıldı. 
Tale elə gətirdi ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin gənc müşaviri olaraq mənə də bu komissiyanın tərkibində yer almaq nəsib olmuşdu. Dövlət komissiyasının apardığı yoxamaların nəticəsi şokdan da betər idi. İnsanov və onun yaxınları qaçqınlar üçün nəzərdə tutulmuş dərmanları apteklərdə açıq-aşkar satdırmışdılar. İnsanovun yırtıcılığı və oğurluğu heyrətmiz idi-nazir 50 milyon dollardan çox dəyərində dərmanları satdırıb mənimsəmişdi. Və bu 90-cı illərdə baş verirdi! İnsanovun cinayət yolu ilə ələ keçirdiyi kapitalın miqyasını təsəvvür etmək üçün xatırlatmaq kifayət edir ki, həmin dövrdə Azərbaycanın dövlət büdcəsi heç yarım milyard dollara da çatmırdı. İnsanov dövlət içində dövlət qurmuşdu...”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ