Biz mütləq Qarabağa qovuşmalıyıq!
Tarix: 6-05-2019, 08:33
Baxılıb: 63
Google+ Paylaş
Tumblr Paylaş

Biz mütləq Qarabağa qovuşmalıyıq!

6-05-2019, 08:33

Mubariz Ahmedov

Bura Suqovuşan desələr də, amma əsrlərdir ki, nə "qanı qara" axan Xan Araz, nə də Dəli Kür bir-birinə ürəklə qovuşa bilir. Onların yerinə nə qədər "Arazam, Kürə bəndəm" desələr də, alınmır ki alınmır.
Şəkildə solda görünən və rəngi tutqun olan çay bizim Xan Araz, sağda rəngi açıq olan isə Kür çayıdır. Arazın sol tərəfi Muğan, Kürün sağ tərəfi isə Şirvandır. Arazla Kürün arasındakı yarımada isə coğrafi terminlə desək Kür-Araz ovalığıdır. Başqa sözlə, mənim dünyaya göz açdığım Mil düzüdür.
Evimiz bu çayların "güclə" qovuşduğu yerdən 10 km. yuxarıda Arazın sağ sahilində Saatlının Musalı kəndindədir. Uşaq vaxtından Arazı özümüzə doğma sandığımızdan onun sularında çimməkdən qorxmazdıq. Amma orta məktəbdə oxuyan zaman bizi Kürün sahilinə pambıq yığmağa gətirən müəllimlər "Kür dəlidir, tanımadığı adamı boğur" dediklərinə görə orda çimməyə qorxardıq. Hərçənd, Uzaq şərqdə hərbi xidmətdə olanda Yapon dənizində belə çimməkdən heç vaxt qorxmamışam.
Hərdən geri çevrilib keçmişə baxanda düşünürəm: nə yaxşı ki, mən qaçqın və ya məcburi köçkün deyiləm. Hərçənd psixoloji baxımdan onlardan heç də fərqlənmirəm... Sadəcə buna şükr edirəm ki, arabir olsa da, xeyirə-şərə gedəndə bu doğma yerləri görüb gəlirəm.
Nə isə, Qarabağsız Azərbaycan, Azərbaycan deyil. Nə qədər arada "subulandırıranlar" olsa da, biz mütləq Qarabağa qovuşmalıyıq! Qovuşmaq üçün isə "müəllimlər" ürəkli olmalıdırlar, bizi aldadıb qorxutmamalıdırlar!


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ