OXUMA, OXUMA, OXUMA!
Tarix: 17-04-2019, 17:29
Baxılıb: 49

OXUMA, OXUMA, OXUMA!

17-04-2019, 17:29



Bilman İSAQ
Kitab bağlı qapı arxasında fərqli bir aləm saxlayır və inkişafa açılan bir qapıdır.
 Bu qapıdan içəri girən dəyişir, yenilənir və həmin qapıdan dünyaya açıq gözlə çıxır. Oxumaq insanın beyninin inkişafına gətirib çıxarır. Bu istər bir kitab olsun, istər bir qəzet, istərsə də əlinə keçən stolüstü təqvimdə olan xatırlatmalar və ya sosial şəbəkələrdə olan informasiyalar. Ümumiyyətlə oxunan hər şeyi oxuyanda insanda bir təsirli iz buraxır.
Oxumadan əvvəlki vəziyyətiniz ilə oxumadan sonrakı vəziyyətiniz arasında fərq meydana gəlir. Artıq siz əvvəlki siz deyilsiniz. Bir çox istiqamətdən dəyişmə hiss edirsiniz. Müəyyən bir vaxtdan sonra məlumat "BAZA"mız genişlənməyə başlayır, gözəl və axıcı danışığınızla sizi dinləyənə müsbət istiqamətdə necə təsir etdiyinizin şahidi olursunuz.
Bu günümüzdə hər bir insanın sosial şəbəkələrdə öz səhifəsi və ya "QRUP"u var, baxaq görək həmin səhifələrdə paylaşımları hamı oxuyur? YOX, çünki, hamı informasiya bolluğunun içində fırlanır. Bu informasiyaların gərəksizi və gərəklisi var, çoxlarımız hörmət xatirinə "LAYK" edib keçirik və harada dedi-qodu var onlara meyl edirik.
Bu sosial şəbəkələr bizə şans yaradır ki, dəyərli fikirlər və informasiyalarla bir-birimizi məlumatlandıraq ki, həmin qapılar açılanda "QAFA"mız samballı məlumatlarla dolsun. 
Əşiii, neynirsiniz oxumağı "LAYK" edin ki, "LAYK"lar çoxalsın. Köhnə deyimlər yenisi ilə əvəzlənir: OXUMA, OXUMA, OXUMA!скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ