17-04-2019, 17:23

Indi dünyanın ən aparıcı böyük firmalarının diqqət mərkəzində olan, onlara hər il milyonlarla gəlir gətirən, onun köməyi ilə 40 mindən artıq patent alınmış TRİZ (теория решения изобретательских задач) – ixtiracılıq məsələlərinin həlli nəzəriyyəsi Bakıda, həmyerlimiz H. Altşuller tərəfindən yaradılıb. 
Bu il, aprel ayının 13-14 tarixlərində Bakı şəhərində türkiyəli professor Əli Kutvanın rəhbərlik etdiyi “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Workshop and Meet-Up 2019: Towards Sustainable Innovation” adlanan Beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrindən çox nüfuzlu TRİZ mütəxəssisləri olan məşhur alimlər-ixtiraçılar iştirak edirdi. Heyif ki, müxtəlif saytlarda, TV – də geniş məlumat verilsə də, əksər təşkilatlara məlumat göndərilsə də, yerli mütəxəssislərimiz, istehsalat rəhbərlərimiz bu konfransa demək olar ki, maraq göstərmədi. Halbuki, bu iki gündə istehsalatda elmin köməyi ilə yaradılan möcüzələrdən, onlara nail olma yollarından danışıldı. Azərbaycandan yalnız mənim “TRİZ nəzəriyyəsinin inkişafında ahəngyoldan istifadə” mövzusunda qısa məruzəm dinlənildi. 
Bakıda yaranmış bu nəzəriyyədən indi dünyanın ən qabaqcıl ölkələri xeyli faydalandığı halda bizim TRİZ - ə etinasız münasibətimizə çox təəsüf edirəm.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ