Bədənimiz sızıldayır...
Tarix: 1-05-2019, 15:15
Baxılıb: 47

Bədənimiz sızıldayır...

1-05-2019, 15:15


Bilman İSAQ
Hər adam başında papaq gəzdirə bilmir, keçmişdə hər kişinin başında papaq olması əsas şərt idi. Kişidə papaq, qadınlarda isə şal, yaylıq, ləçək şərafət nişanəsi sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Bunları istər milli kinolarımızda, istərsə də o dövrkü məşhurların, şair və yazıçıların fotolarında görmək mümkündür”.
 Təəssüf ki, bu gün papaq qoyanların sayı çox azdır. İndi elə papaqlar moda düşüb ki, adamın gülməyi gəlir, kişinin kişi papağı olmalıdır.
  Bütün xalqların öz milli papaqları var. Ancaq iki millətdən başqa Rusiya qaraçıları və ermənilərin özlərinə məxsus olan papaqları yoxdur. Dövlətlər arasında Özbəkistan və Əfqanıstanın özünəməxsus milli papaq növləri var. Yəhudilər də adi adamlardan prezidentə kimi başlarına girdə araqçın qoyurlar.
 İndiki gənclər heç olmasa öz toylarında MİLLİ papaq geysinlər, MİLLİ papağı başına qoyan kişinin qəlbində millətçilik olar.
 1970-1980-ci illərdə "Norka" papaq "mod"da idi o papağı pullu adamlar başına qoyardı,  həmin "norka"ları qoyanların başları yoxsa papaqları baha olmağından isə xəbərimiz yox idi. 
 İndi yəqin ki "avropa"laşırıq deyə, soyuq havada hərə başına bir papaq keçirir, avtobusa, metroya minəndə çıxardıb qoltuq cibinə  qoyur.
 Papaq Babalarımız üçün nə qədər müqəddəs olubsa papaq haqda çoxlu deyimləri olub:
  • Papaq altında igidlər yaşar.
  • Papaq elə-işimizi bilək.
  • Papaq isti-soyuq üçün deyil, namus üçündür.
  • Papaq altında igidlər yatar.
  • Papaq namus üçündür.
  • Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.
  • Papağımız günə yandı.
  • Papağın yerə girsin.
  • Papağını qoy qabağına, fikirləş.
Papaq haqqında çoxlu məsəllər çəkmək olar ki, bunlar hamısı ibrətamiz məsəllərdir. Bəs indi o papaqlı kişilərdən kimimiz var?
 Papaqlarımız azalıb deyə sözümüzün qiyməti, kəsəri də azalıb. Dedi-qodular çoxalıb, namusumuz papaqlarımız kimi əldən gedir, qızlarımızın açıq-saçıq geyimlərinin qarşısını ala bilmirik və üzülə-üzülə hara gedirik bilmirik.
Hə yadıma düşdü demişdim axı soyuqdan qorunmaq üçün bəzən papaq da qoyuruq bu papaqlar MİLLİ olmadığına görə əhəmiyyətini itirib, bu papaqlar isə ancaq başımızı soyuqdan qoruyur, bədənimiz isə sızıldayır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ