Dinin tədrisinə münasibətim-FİLOLOQ
Tarix: 30-04-2019, 22:30
Baxılıb: 33

Dinin tədrisinə münasibətim-FİLOLOQ

30-04-2019, 22:30

Rafiq Ismayilov
Nə vaxtdır, orta məktəblərdə dinin tədris olunacağı barədə söhbətlər gedir. Bilmirəm, bu məlumat hardan çıxıb, amma məsələyə münasibət bildirmək istəyirəm.
İnsanı əhatə edən hər hansı sosial-mədəni fenomenin təhsildə ört-basdır edilməsi yaxşı nəticə vermir. Uşaq hər addımda dini atributlarla qarşılaşır. Əgər məktəb soyuq başla, metodiki əsaslarla bu fenomenin mahiyyətini uşağa başa salmırsa, onun yerini xurafatçı molla izahları tutacaq.
Söhbət yalnız islam dinindən və onun kanonlarından getmir. Dinin kökləri mifik görüşlərə gedib çıxır. Mən çox istəyərdim ki, bizim uşaqların qədim yunan mifologiyası haqqında təsəvvürləri olsun. Çünki bunu bilmədən dünya ədəbiyyatı və incəsənətini dərk etmək mümkün deyil. İslam dini fəlsəfəsinin əsaslarını bilmədən Xəyyamı, Nəsimini... başa düşmək olmaz.
Bir sözlə, əgər perspektivdə belə bir fənnin tədrisi nəzərdə tutulubsa, fikrimcə, onun adı dinin yox, teologiyanın əsasları ola bilər və məqsəd təbliğat, təlqinçilik yox, uşağın dünyagörüşünün genişləndirilməsi olmalıdır.
Və nəhayət, əbədi suallar:
- Dərsliyi kim yazacaq? 
- Fənni kim tədris edəcək?
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ