6-09-2019, 22:20

Bu adamların çoxunu hələ də başa sala bilmirəm ki Rusiya bizə qarşı həmişə düşmənçilik nümayiş etdirib. Rusiyanın bizə bəzi sahələrdə inkişafa xeyri dəysə də hər zaman zərər vurub. Vətənimizin böyük bir hissəsini özü işğal edib. Çox böyük bir ərazimizdə Ermənistan yaradıb. Zaman-zaman insanlarımızı ya öldürüb ya da sürgün edib. Mənəvi dəyərlərimizi məhv edib. Bizi böyük çidd-cəhdlə Avropadan uzaqlaşdırıb. 
Yaxın ölkələrlə əlaqələrimizi daim qayçılayıb.
Qarabağı əlimizdən alıb ermənilərə peşkəş edib , Xoclıda soydaşlarımıza soyqırım həyata keçirib.
Cəngavər oğullarımızı qul yerinə işlədib.
Elm adamlarımızı daim əlində saxlayıb öz rifahı üçün istifadə edib.
Özünün imperiya maraqları üçün əlqolumuzu bağlayıb. Həm milli , həm də dövlət siyasətimizin çökdürülməsi istiqamətində yetişdirdiyi əlaltılar vasitəsilə daim basqı uyqulayıb.
Bu gün də bizdən əl çəkmək istəmir.
Zor siyasəti bizi torpaqlarımızdan və özümüzdən edib. Hələ də -ov , -yev dən qurtara bilmirik. Əhalimizin əksər hissəsi rus dilində danışır.
Baxmayaraq ki müstəqilik , azadıq , Rusiya öz rejim siyasəti ilə bizi özümüzdən hər gün uzaqlaşdırır.
Dəyərlərimiz itir , gələcəyimiz məhv olur...
Hər şeyi həyatın axarına buraxmaq cəmiyyətimizin içini çürüdür.
Millətimizin birliyinə və bütövlüyünə , gələcəyinə , vətənimizin bütövlüyünə , dövlətimizin möhkəmliyinə və azad suveren varlığına bizlər -- hamımız cavabdehik.
Millətimizin ,
Vətənimizin ,
Dövlətimizin taleyi bizim əlimizdədir !
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ