Xalq yazıçısından GÖRÜNMƏYƏN XƏTA
Tarix: 2-11-2021, 09:57
Baxılıb: 2 345
Google+ Paylaş
Tumblr Paylaş

Xalq yazıçısından GÖRÜNMƏYƏN XƏTA

2-11-2021, 09:57

Rauf İlyasiğlu
Xalq yazıçısı çıxışına bir iki cümlə də əlavə etsəydi , daha mükəmməl olardı.Sizin bəzi  çıxışlarınızı alqışlayıram.Yadınıza salıram ki, bəzən ulduza çevrilmiş populyar artistlərimiz birdən ağızlarından elə söz qaçırırlar ki, xalqın gözündən düşürlər.Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzinin  rəhbəri olaraq  edəcəyiniz çıxışı əvvəl oxuyun, sonra mətbuata yayın.Birinci Qarabağ müharibəsində vahid komandanlıq olmasa da, vətənin qeyrətli oğulları silaha sarılaraq kəndlərini, qəsəbələrini, doğma yurdlarını qoruyaraq şəhid oldular.30 ildir ki, bədənində qəlpə gəzdirən goyuşcülərimizin xidmətlərini heçə endirmək məncə  ədalətsizlikdirBu müharibədə  və atəşkəs olandan sonra da 20 min nəfərdən çox  şəhidimiz , qazımız , itkin düşənlərimiz olubsa,  orduda, vəzifələrdə anası ermənilər satqınçılıqla , yaltaqlıqla məşğul olubsa, anaların, bacıların  göz yaşları qurumayıbsa, oğul deyərək ürəyi partlayan ataların , anaların ruhuna toxunmaq vicdansızliqdır.Çingiz Abdullayev gərək deyəydi ki, 44 günlük müharibədə igid oğullarımız cəmi şəhidlərimizin  qisasını aldılar.Ruslar tərəfindən silahlandirilmiş erməni quldurlarına  qarşı vətənin qeyrətli oğulları 1988 ci ildən 1994 cu ilə qədər  sinələrini qabağa verdilər, müqavimət göstərərək şəhid oldular.Birinci Qarabağ müharibəsində 18500 nəfər  şəhid 3700 nəfər  itkin və əsir,  40000- ə yaxın yaralı vermişiksə,  bu müharibə deyildimi ?Aprel döyüşlərində Nəcməddin Sadıqov kimi rusdilli satqınlların ucbatından Pəncəli  Teymurov, Raqub Orucov kimi yüzlərlə  qeyrətli oğullar  güdaza verilmədimi?Əlbətdə ki, İlham Əliyev xilaskar komandan olaraq adını tarixə qızıl hərflərlə yazdı .Əgər milli satqınlarımız olmasaydı, daha az itki verərdik.Görəsən  Fatma Abdullazadənin yaxın qohumu Çingiz Abdullayevin də mənim kimi bibisi oğlu, qardaşı oğlu, qardaşı, əmisi uşaqları, ömür gün yoldaşının dayıları, yaxın qohumları istər birinci, istərsə də ikinci vətən müharibəsində şəhid olubmu?Professor, görkəmli alim , karikaturaçı rəssam Kərim Məmmədxan oğlu Kərimov  1990 cı illərdə  formalaşmaqda olan. milli ordumuza 100 min dollar keçirdəndə,  2020 -ci ildə 1 ci Vətən müharibəsi əlili, qazımız , bu günə qədər də  kirayədə yaşayan və dəva dərmanlarına pul çatdırmayan Hacı Həsən Hüseyni  iki aylıq təqaüdünü ordumuza kömək məqsədi ilə keçirdəndə, dedektiv əsərləriniz xarici ölkələrdə kütləvi surətdə  nəşr olunanda qazancınızdan hansısa bir şəhid balasına köməyiniz deyibmi?Çingiz Abdullayevə hörmətimiz var , Sözünü deyən yazıçıdır . Çox heyf ki, bu çıxışına əvvəlinə qulaq asmamışam.Hər halda o müharibə deyildisə, bəs nə idi?Muharibə deyildisə, bu qədər şəhidləri niyə verirdik ? Vətən uğrunda döyüşərək canını qurban verən hər kəsə şəhid deyilir. Şəhidin isə nə köhnəsi, nə də təzəsi olur. Şəhidlər qürurumuzdur .


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ