Dəvədən böyük fil də var
Tarix: 14-10-2021, 17:12
Baxılıb: 1 405
Google+ Paylaş
Tumblr Paylaş

Dəvədən böyük fil də var

14-10-2021, 17:12

Məşhur məmurlardan birinin onun haqqında yazılan tənqidi yazını sildirmək üçün 20 min manat pul xərclədiyi xəbəri artıq çoxlarına bəllidir. Özü də deyilənə görə həmin şəxs tərəddüd etmədən bu vəsaiti ödəyib. Maraqlıdır ki, görəsən bu şəxs bir yazı üçün «dişi-dırnağı» ilə qazandığı vəsaiti nədən kiməsə verib? Özü də nə az, nə çox 20 min manat.
Təbii ki, burada ilk növbədə bir neçə nüans diqqət çəkir. Öncə başlayaq ondan ki, keç kim zəhmətlə, halallıqla qazandığını başqasına hər-hansısa ciddi bir səbəb olmadan verməz. Görünür kişini fakt qarşısında qoyublar.
Bu məqamda ibtidai sinifdə oxuduğumuz “Qazanılmış manat” Azərbaycan xalq nağılı yada düşür. Əhmədin halallıqla qazandığı bir manat qəpiyi yanan ocağın içərisindən əlinin yanmasına rəğmən necə çıxarması dərhal gözlər önünə gəlir.
Burada təsdiqin tapan ilk məqam tərəddüd edilmədən verilən məbləğin əyri yollarla qazanılmasıdır. Bu əyri yolların hansı gedişlərlə edilməsini isə həmin məşhur məmurun illərini xərcləyərək «böyük təcrübələr» qazanaraq əldə etdiyi də bəlli olur.
Bir digər nüans isə həmin məmurun o yazını sildirmək üçün hansı vasitələrdən istifadə etməsidir ki, bu məqam da çox düşündürücüdür. Çünki Azərbaycanda bir ixtisaslaşmış “reket jurnalistlər” şəbəkəsi mövcuddur ki, onlar hədəf və vasitəçini əvvəl müəyyənləşdirib sonra öz torlarına salırlar. Onların cənginə tuş gələnlərin isə həm mənəvi, həm də maddi yöndən ciddi şəkildə silkələnmədən çıxması isə müşkül məsələdir. Məhz bundan xəbərdar olan «məsum» məşhur məmur da yəqin ki, buna görə onların tələbləri qarşısında tərəddüd etməkdən çəkinib...
İndi isə gələk əsas məsələyə. Belə ki, burada daha çox diqqət çəkən həmin məmurun özünün PR media şirkətinə sahib olmasına rəğmən 20 min manatından keçməsidir. Hər ay xeyli miqdarda vəsait ödəyərək RP media şirkəti saxlayan birinin digər bir qrup qarşısında geri çəkilməsi, həqiqətən də çox düşündürücüdür. Görünür onun şirkətindən böyüyünu saxlayan daha “məşhur” biri var. Ya da həqiqətən də o ciddi fakt qarşısında qalıb. Çünki onun sponsorluq etdiyi həmin şirkət məhz bu işlərlə, yəni kimləri isə qaralamaq və ya kimlərinsə arasında yazıları sildirmək üçün vasitəçilik etmək məqsədi ilə yaradılıb. Görünür dağ, qayaya rast gəlib.
Onu da qeyd edək ki, əslində belə PR media şirkətlərinə təkcə bu kimi məşhur məmurlar sahib deyillər. Belə şirkətlərin arxasında müxtəlif qalmaqallarda adları hallanan ölkəmizin hüdudlarından kənarda yaşayan imkanlı şəxslərin durduğu da təsdiqini tapib. Həmin şəxslərin isə bu istiqamətdə böyük təcrübələri var.
Qaydaq mövzumuza. Göründüyü kimi böyük nüfuza malik, həmçinin PR media şirkətinə, geniş maddi-mənəvi resursa sahib olan məşhur məmurun əlindən 20 min manat alınırsa, deməli ölkəmizdə media sahəsində vəziyyət getdikcə gərginləşir. Bu “rəqabət müharibəsindən” isə kimin qalib çıxacağını zaman göstərəcək. Məsələyə məhz bu konteksdən yanaşsaq, onda həmin məşhur məmur kimilərinin əlində PR media şirkəti saxlamasını da adi qarşılamalıyıq. Çünki o bununla başqalarına təsir etməklə yanaşı, həm də özünü qorumağa çalışır. Ancaq baxır kimdən. Bəzən qarşısına eləsi də çıxır ki, nəinki 20 min, hətta 50-100 min manatı da əlindən gedə bilər. Necə deyərlər, axı “dəvədən böyük fil də var”...
Asəf ABBASOV
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ