«Milli kömür»ə böyük qayıdış başlayır
Tarix: 5-08-2021, 08:16
Baxılıb: 1 185
Google+ Paylaş
Tumblr Paylaş

«Milli kömür»ə böyük qayıdış başlayır

5-08-2021, 08:16

Ədib İSAOĞLU
Hər ay ən azı 300-400 kubmetr qaz yandıran kasıb, 80-100 manatı necə və hansı pulnan ödəyəcək, bilən varmı?
Gözün aydın SOCAR yayın cızha-cızında, xalqa tətbiq etdiyiniz 1200 kub limit bitdi. Artıq "narod" 20 qəpikdən qazpulu ödəyir. Yox-yox elə bilməyin ki, hamı ödəyir, əhalinin çoxu borclu qalmaqdadır. SOCAR özü dövlətə borclu qaldığı kimi.
Əslində SOCAR-ı da başa düşmək lazımdır, onların da itkiləri çox oldu. Devalvasiyadan sonra Avropadakı tikililər, qola bağlanan nəydi o zad, vaxtı göstərən (tək onun qiyməti 2 milyon manatdan çox idi), Gürcüstandakı və dünyadakı yatırımlar, erməni kilsələrini pulsuz qazla təmin etmək, 12 vitse-prezidenti maaşla təmin etmək, ta nə bilim nələr-nələr…
Sizi də başa düşürük millətimizin «cəfakeşi» SOCAR, vəziyyətiniz ağırdı. Amma rahatsız olmayın dövlət baba və "varlı" xalq sizi bu çətin durumdan qurtaracaq. Tanıyıram bu milləti, boğazına çörək yeməz, amma sizə borclu qalmaz. Daha doğrusu qala da bilməz…
Qayıdaq limit məsələsinə. Hər halda yay qurtarar-qurtarmaz üçüncü limit seriyası başlayır. Yəni 2500 kubmetr və başlayırıq 25 qəpikdən ödəməyə, o «xaricdən» alınan qazın pulunu. Amma bilə bilmirəm o pulu tapıb ödəyə biləcək bu millət, ya yox?..
Bir də sizin ədalətsiz ədalətiniz batsın, siz bilirmisiniz ki, Naxçıvanda və digər soyuq bölgələrdə neçə ay qış olur? Bakıda, Aran rayonlarında, digər isti bölgələrdə üç-dörd ay istilik sobalarından istifadə edilirsə, Naxçıvanda bu ayların sayı 6-7-yə çıxır. Hər ay ən azı 300-400 kubmetr qaz yandıran kasıb, 80-100 manatı necə və hansı pulnan ödəyəcək, bilən varmı?
Belə çıxır ki, SOCAR bizi yenidən təzək qalaqlarımıza, «milli kömür»ümüzə geri götürəcək. Millətlər irəli getdikcə biz geriyə gedəcəyik, özü də 21-ci əsrdə. Təzəkli qışımız mübarək olsun!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ