Maskasız "MASKA"lar
Tarix: 5-08-2021, 08:24
Baxılıb: 2 998
Google+ Paylaş
Tumblr Paylaş

Maskasız "MASKA"lar

5-08-2021, 08:24

Bilman İSAQ
Son dövrlər yoluxanların sayının yenidən artması müşahidə olunmaqdadır. Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusən, avtobuslarda, metroda tibbi maskalardan istifadənin zəruriliyinə bəzi şəxslər tərəfindən riayət edilmir. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Orta hesabla bir gün ərzində metroda 500-600 min sərnişin daşınır. Bu o deməkdir ki, metroda xəstəliyə yoluxma riski daha çoxdur. Qatarların oturacaqlarında məsafəni gözləməyən sərnişinlər, hətta maskadan da istifadə etmir və ya maskanı çənələrində saxlayaraq yoluxma riskini artırırlar. Baxmayaraq ki, metronun girişində polislər maska taxmağı tələb edir, vaqonlarda hər dayanacaqda sərnişinlərə müraciət olunur ki, koronavirusdan qorunun. Təsəvvür edin ki, metronun girişindən qatarlara qədər hamı maskanı taxır, çünki cərimələnməkdən qorxurlar. Amma qatarlara daxil olan kimi əksəriyyət sərnişinlər maskanı çənələrinə salaraq özlərini təhlükəyə atırlar. Bu sərnişinlərin də əksəriyyəti ictimai yerlərdə geyimlərinə fikir verməyən, əndazədən çıxmış, insanları özlərinə cəlb etməkdən ləzzət alan, el arasında "MASKA" adı ilə adlandırılan zənənlərdir.
Qaydalara və sağlamlığına biganəlik nümayiş etdirərək tibbi maska ilə bağlı tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür, amma bunu ictimai nəqliyyatda həyata keçirmək ictimaiyyətin öz üzərinə düşür. Bizim sağlamlığımız hər şeydən önəmlidir, əgər buna biganə yanaşsaq yenə də qapanmalar, ölüm sayının artması, kişilərimiz də arvadlar kimi evdə oturaraq hər bir işdən təcrid olunacaqlar. Vətəndaşlarımız haqda düşünmək istəmiriksə, heç olmasa özümüz haqda düşünməyi bacaraq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ