AZAL-ın VİCDANI
Tarix: 17-07-2021, 12:54
Baxılıb: 3 009
Google+ Paylaş
Tumblr Paylaş

AZAL-ın VİCDANI

17-07-2021, 12:54

Ədib İSAOĞLU 
Bir gün bir nəfər yaxın dostu gəlir, nəinki Naxçıvanda, hətta bir neçə ölkələrdə məhşur olan, zurna ustası Kamal ustanın yanına və deyir:    - Ay Kamal təcili rayona getmək lazımdır axı.
Kamal usta da qayıdır ki:
    - Bilirsən da qağa toy zad olmadığından yaman kasıbçılıqdır. Evdədə arvad maşının sayğacına möhkəm nəzarət edir. Başqası olsaydı 15 manatdan aşağı getməzdim ta sənsən da həm qohumumsan, həmdə dostum 10 manat ver aparım.
Qohum olan dost, deyir:
    - Kamal, ay dost, bə pulum olmadığından saa dedim da bə, 5 litir benzin alım gedək da bə.
Kamal usta bir yağı benzindən çox yandıran, təkərləri "vot-vot"da olan maşınına baxır, bir də dirəşən qohum dostuna baxır və deyir:
    - 5 litirinən rayona gedə biləcəksənsə, ta mənim üstümə nəyə gəlibsən, min 5 litirlik benzin "konistir"inin üstünə get da rayona.
Həə əziz oxucular, bizim bu AZAL avia şirkətinə baxanda, Kamal ustanın sözü-söhbəti düşür adamın yadına. A kişilər, görəsən bizim avia şirkətdən baha olan ikiminci bir avıa şirkət var bu dünyada? Yox əşi eyy, qətiyyən ola bilməz. Kamal usta hirsinən demişdisə də min benzinin üstünə get işinin dalısıyca, mən isə ciddi və qətiyyətlə deyirəm, biz AZAL-a bilet üçün verdiyimiz pulları yerə sərib, sehirli xalça kimi üstünə minsək, çox rahat və qeyrü-qalsız mənzil başına vararıq. Pulda da olan qüdrəti bilirsiniz də, adamı dir-dir dingildədir və uçurdur AZAL-ın rəhbərlərində olduğu kimi.
Belə bəla baha biletlədə bitmir eyy, bahanın bahasıda var hələ. Deyək ki, anidən çox vacib səfər etməli olursan yaxınlaşırsan AZAL-ın aviakassalarına, yaxınlaşmağına peşman olursan. 20 gün əvvəlin biletləri satılıb. Di sarılırsan balansı sıfıra yaxınlaşan telefona. Ona zəng, buna "vızıv" tapırsan bir day-day, day-day da tapır sənə bilet ancaq, 50 manatlıq bıleti 150-200 manata. Bizim kəndli Zöhrab deməli di buyur; Bə deyirdin bilet yoxdur, kassir bajı?
    Hörmətli AZAL sizdən bir təvəqqem var, bileti necə satırsınız satın ancaq, biletin üstündə vicdanınızıda satmayın.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ