Avropalaşan Naxçıvan
Tarix: 15-07-2019, 09:03
Baxılıb: 2 327
Google+ Paylaş
Tumblr Paylaş

Avropalaşan Naxçıvan

15-07-2019, 09:03

Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə Naxçıvanın guya ki, süni şəkildə müasirləşməsindən, insanların istismar olmasından danışdı. Mənim borcum isə ona olduğunu deyib və Naxçıvan MR-nın onun bildiyi kimi olmadığını bildirməyim idi. Bu yazını da geniş oxucu kütləsinə çatdırmağı özümə borc bildim.

Naxçıvanın necə avropalaşmasını tanışımdan soruşdum ki, bu məlumatlar sənə hardandır, sən Naxçıvanda olmusan?

O isə cavabında orada olmadığını bildirdi: «Yox olmamışam, amma eşitmişəm ki, Naxçıvanda balkonlara paltar asmaq, təndir çörəyi bişirmək olmazmış. Həmçinin ictimai iaşə obyektləri açmaq, istifadə etmək də qadağandır. İməcliklər idarə-təşkilat işçilərini istismar edir, işsizlikdən əhali Naxçıvanı tərk edir».

Dedim yaxşı gəl bunları obyektiv müzakirə edək. Sən istəyirsənmi ki, (naxçıvanlılar demişkən) bu binadan o biri binaya şərit çəkələr və birinci sulu paltarlar binaya girib-çıxanların başına tökülə, ikincisi isə şəhərin gözəlliyinə xələl gətirə?

Mənimlə razılaşdı.

Gələk təndir məsələsinə, Naxçıvan lavaşı nəinki Naxçıvanda, Azərbaycanımızın hər bölgəsində populyardı. Təndirlərin ləğv olunması məsələsinə gəldikdə isə o, populyar lavaş makinası Naxçıvan rəhbərliyinin sahibkarlara köməkliyi ilə demək olar ki, 80% kəndlərdə quraşdırılıb. Heç də təndir lavaşını unutdurmur və üstəgəl hər lavaş sexində 6-7 nəfər 2, hətta 3 növbə işləməklə həm də işsizlik problemi həll olunur. O, ki qaldı təndirlərin ləğvinə, heç kimin nə təndiri uçurulmayıb, nə də qadağa qoyulmayıb, kim istəyirsə təndirindən indi də istifadə edir.

Tanışım bu izahatdan sonra bir ah çəkib dedi: «Pahooo, şaiyələrə bax ey. Dedim dayan, ictimai iaşə obyektləri məsələsində bir az haqlısan, amma gəl bir az ətraflı müzakirə edək. Düzdü çayxana, pivəxana az ola bilər. Amma çayxana, pivəxana insanları fiziki və faydalı iş görməkdən bilirsən nə qədər uzaqlaşdırır?

Tanışım dedi ki, o biri məsələləri müzakirə etməyə ehtiyac qalmadı. Bəli, mən əziz tanışıma hələ onu demədim ki, Naxçıvanda heç bir şikayətçi İcra aparatında və idarələrdən əli boş dönmür. Ali Məclisin sədri Vasif Talıbov özü bir başa sahibkarlığın inkişafına rəhbərlik və nəzarət edir. İqtisadiyyat Nazirliyinə göstəriş verilib ki, hər bir rayon və bölgələri gəzib maarifləndirmə aparsınlar ki, kim nə istehsal edə bilirsə ona dövlət tərəfindən kreditlər verilsin. Bu kateqoriyalara evdə kompot, mürəbbə, turşu, konserv məmulatları, araq-çaxır istehsal etmək, təbii bitkilərin yığılıb tədarük edilməsi və başqa-başqa sahələr aiddir.

Bir sözlə Ali Məclisin sədri Vasif Talıbov sahibkarların ən yaxın dostudur. Tanışımı demək olar ki, bu reallıqlarla heyran etmişdim və bu faktları öz gözləri ilə görmək üçün onu Naxçıvana dəvət etdim.

Dedim ki, gələrsən və dediklərimin nə qədər real olduğunu görərsən.

Tanışım mənə dedi ki, bu danşıqların əgər gərçəkdirsə, deməli Naxçıvan doğrudan da Avropalaşıb.

 

 

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ