29-04-2021, 08:00

Ədib İSAQOĞLU
Eşitdim ki, DTX yenidən gündəmdədir. Yenə rüşvətxor, korrupsioner məmur ovuna çıxıblar. Əslində bu ov deyilki, yüngülvari təmizləmə prosesidir. İşlədikləri, rəhbərlik etdikləri dövlət idarələri və müəssisələrində, əllərini puldan başqa heç nəyə vurmayan məmurlar, arada yan yörənizə baxsaydınız, içinə düşdüyünüz çirkabdan özünüzü təmizləsəydiniz, sizi təmizləməyə də ehtiyac qalmazdı. Ona görə də, təmizləmə işini DTX öz boynuna götürüb. Allah sizi qorusun qardaşlar, minlərlə insanın ümidi sizədir…
Hələ bu Hippokratı doğulduğuna peşman edən, peşmanqalmış bəzi həkimlərə bir bax. "Korona virusuna" astaralının çay plantasiyasına, zirəlinin pomidor parnikinə, naxçıvanlının göycə ağacına baxdığı kimi baxırlar. Elə bil korona da bunların çörək ağacıdır. Alırsınız xəstə sahibindən 3-4 min, ikinci xəstə gələn kimi, yer olmadığından bu binəvanı göndərirsiniz rəhmətə. Nə qorxuları var, nə də vicdanları. Bəs heç düşünmürlərmi ki, tələ sahibi gələr?
25 il bundan əvvəl bir seçki yadıma düşdü. Həmişə seçkilərdə fəallıqları ilə tanınan "ağsaqqal" Sabir və Cabir müəllim qardaşları yenidən seçkidə (könüllü olaraq) müşahidəçi qismində iştirak edirmişlər. Seçkilərdə yekə bir məmurun namizədi olan xanım seçilməli imiş. İş elə gətirir ki, xanım namizəd yox, digər namizəd öndə gedir. Məsələdən xəbər tutan yekə məmur, hücum çəkir məntəqəyə. Di ona bir yumruq, buna bir təpik, növbə çatır "ağsaqqal" Sabir və Cabir müəllimlərə.
- Siz kimsiniz?
- Biz müşahidə edirik.
- Ə, tərk edin buranı. Müşahidə eliyirlər...
Sabir müəllim girir Cabir müəllimin qoluna, dartır bufetdəki pəncəriyə tərəf.
- Cabir, gəl tələ sahibi gəldi…
Həə, deyəcəyim odur ki, ay alagöz pul həvəskarları, tələ sahibini unudub eləmiyin haa. Birdə ayılarsınız ki, onlar sizi aparıb oppalara…
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ