Kötüklük eləmə…
Tarix: 27-04-2021, 09:33
Baxılıb: 3 473
Google+ Paylaş
Tumblr Paylaş

Kötüklük eləmə…

27-04-2021, 09:33

Ədib İSAQOĞLU
Dünən mənə "messenger"nən bir zəng gəldi. Həmkəndlim idi, Türkiyədən zəng eləmişdi. İşsizlikdən bəziləri kimi o da ailəsini götürüb müvəqqəti olaraq, İstanbulda məskunlaşıb. Ordan-burdan xeyli söhbətləşdik. Vətənsiz çox darıxdığını, ölkədə iş olduğu təqdirdə doğma yurduna qayıdacağını dedi. "Bizim iş adamları (və "məmur iş adamları"), Türkiyədə və dünyanın bir çox olkələrində iş yerləri - şirkətlər açırlar. Hansı ki o iş yerlərini ölkədə açsalar, nəinki ölkə vətəndaşları, hətta qonşu ölkələrdən də gəlib bizdə işləyərlər " - dedi.
Həmkəndlimlə danışdıqca, ona təskinlik verdikcə, mənim də 20 il əvvəl İstanbul xatirələrim kino lenti kimi keçdi gözümün önündən. İstanbulda eşitdiyim bir lətifə də yadıma düşdü. Onu sizə danışım, sonra qayıdarıq mövzuya.
Türk qardaşlarımızdan (bilmirəm olmuş hadisədir, ya lətifə) eşitdiyim söhbətə görə, Oflu, Rizəli, Tuncelili rakı içərkən, Kadıya(Hakimə) yaxalanırlar. Kadı bunları mühakimə edəndən sonra, qərarını açıqlayır.
- Bunların hərəsinə 100 şallaq, bir dənə də istək haqqı verin.
Rizəlidən soruşurlar.
- İstək haqqını istə, nədir istəyin?
Rizəli deyir:
- Kürəyimə bir dənə balon (şar) bağlayın.
Rizəlinin istəyini yerinə yetirib, şallağı vururlar. Balon 40-da partlayır 60 şallağı yeyir.
Tuncelilidən soruşurlar sənin istəyin nədir?
- Rizəlinin istəyindən, mənim də kürəyimə bir balon bağlayın.
Oflu öz ürəyində Tuncelinin istəyinə çox əsəbləşir. "Ay kötük gördün ki, balon 40-da partladı sən heç olmazsa, iki balon istəyərdin də".
Başlayırlar Tuncelilini şallaqlamağa. Bu bədbəxtində balonu 40-da partlayır, 60 şallağı yeyir.
Növbə çatır Ofluya. Kadı Ofluya deyir:
- Siz Oflular, dinə, Allaha yaxın olduğunuz üçün, sənin iki istək haqqın var. İstəklərini söylə.
- Kadı həzrətləri, birinci istəyim mənə 200 şallaq vurun.
A bala, bunlar 60 şallağa dözə bilmədilər, sən necə 200 şallağa dözəcəksən?
- Kadı həzrətləri istək mənim deyil, mən belə istəyirəm.
Tamam, ikinci istəyini söylə.
- Bu Tucelilini mənim kürəyimə bağlayın…
Hə, indi buradan əziz həmkəndlimə səslənirəm. Əgər işdi şayət sənin başına belə bir cəza növü və istək haqqı gəlsə, tuncelili kimi kötüklük eləmə. Oflu kimi, "məmur iş adamlarından" birini bağlatdır belinə ki, şallaqlar ona dəydikcə, bu neçə illərdi vətənsiz çəkdiyin ağrı-acı çıxsın canından...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ