Uşaqların pulu…
Tarix: 17-03-2021, 09:26
Baxılıb: 4 232
Google+ Paylaş
Tumblr Paylaş

Uşaqların pulu…

17-03-2021, 09:26

Ədib İSAQOĞLU
Deyirəm çox qəribə millətik. Uşaq pulu kəsiləndən bəri (aşağı-yuxarı 20 ildir) düşmüşük yazıq dövlət babanın üstünə ki, uşaq pulu ver. Hərçənd ki, millət vəkillərimiz bir neçə dəfə cəhd ediblər cocuqların məsələsini Milli Məclisdə müzakirəyə çıxarmağa. Ancaq çox təəssüf olsun ki, birində işıqlar sönüb, birində maaş günü olub, birində həmkarlarının uşağının sünnət toyu olub. Hələki heç cür nəsib olmayıb cocuqların pul məsələsini müzakirə etmək…
Ay qardaş o ki qaldı məslənin bir başqa tərəfinə, uşaq nədir, pul nədir. Uşağada pul verərlər?
Lap deyək ki, uşaqpulu verdilər. Elə bilirsiniz uşaqpulu verəndə problemləriniz azalacaq, ay azaldı ha. Uşaq deyəcək pul mənə çatır, Ana deyəcək yox mənim analıq hüququm var mənə çatacaq, Ata deyəcək pul ailə büdcəsinə aiddir. Di gəl, çıx bu işin içindən. İndi özünüz deyin uşaq pulu problemləri azaldacaq, ya evə intriqa salacaq?..
Dövlət baba da sağ olsun intriqaların, mübahisələrin qarşısını almaq üçün uşaq pulu vermir və düz edir. Birdəki, uşağa niyə pul verilməlidir axı, ay qardaş, uşaq məmurdur, gömrük işçisidir, sahə müvəkkilidir, yol polisidir, bələdiyyədir? Düzdü biz pul verməyi xoşlayan millətik, ancaq, pulu yeyənə verərik, ta uşağa yox. Uşaqpulu, yox bir uşaqlara qayğı… Cocuq hara, pul hara, cocuqsan get oyuncaqlarınla oyna. Əgər oyuncağın yoxdursa get gizlənqaç, daşaçıxma, çiling-ağac, həncəri, topa girmə, futbol oyna. Ta topu hardan tapacaqsanız onu deyə bilmərəm. Pul istəməkdən başınız açılır ki, oyun da oynayasınız? Siz zəmanə uşaqları, uşaq deyilsiz ey, başa bəlasınız…
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ