Arıqlamış çörəklər!
Tarix: 23-02-2021, 10:41
Baxılıb: 3 314
Google+ Paylaş
Tumblr Paylaş

Arıqlamış çörəklər!

23-02-2021, 10:41

Ədib İSAQOĞLU
Hər gün qonşu uşaqları yığışardılar İsa babanın başına, İsa baba da dadlı-duzlu söhbətlərdən, başına gələn əhvalatlardan danışıb uşaqları feyziyab edərdi.
Uşaqların içində isə ən dəcəli Faiq idi. Yenə bir gün adəti üzrə qonşu uşaqları yığışmışdılar İsa babanın başına. O, gözünün ucuyla baxır ki, bu Faiq bir qurtum çaya bir tikə qənd yeyir. İsa baba uşaqlara göz basıb deyir: - Faiq bala bu, Qəssəbənin daşı dəyil e, qənddir, özü də bunu dükandan pulnan alıram (Qəssəbə böyük dağdır). Ruhun şad olsun İsa baba, sənin zarafatla dediyin kəlamlar, artıq gerçəkdən tətbiq olunmağa başlayıb. Evə qonaq gələndə millət düşünür ki, heç olmasa qonaq qardaş çörəyi az yeyərdi. Niyədə narahat olmasın axı, ay atam, ay qardaşım, mən özüm bir il qabaq 4 nəfər ailə uzvü üçün 3 ədəd 30 qəpiklik çörək alırdım, bu bizi (qonaqla bərabər) bir gün idarə edirdi. İndi yenə 3-nü alıram, tək məni görmür. Təəccüblənməyin, mənim iştahım artıb eləməyib ey, çörəklər arıqlayıb. Qiymət artımı bütün növ ərzaqlarda sürətlə qalxır, amma guya ki, çörək sabit olaraq yerində qalır. Axı bu belə deyil, əksinə olaraq, çörək bütün ərzaqlardan daha da çox bahalaşıb və günü-gündən də bahalaşmaqdadır. Hara baxır dövlət nəzarəti, hara baxır dövlət qurumları, hara baxır "QOST standart?"
Ata-Babadan qalma çox dəyərli bir söz var idi, adamı çörəklə imtahana çəkməzlər. Aman günüdür bu milləti çörəklə imtahana çəkməyin.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ